Könüllü təhsil və həmrəylik təşəbbüsü

Haqqımızda

Biz könüllülərik. Heç birimiz bu işdən pul qazanmırıq.

Müəllimlər və şagird qızlar bina qarşısında, köhnə fotoşəkil

Niyə başladıq

Hər birimiz elə uşaqlar tanıyırıq ki, oxumaq istəyir, amma ya müəllim tapa bilmir, ya kitabı, kompüteri yoxdur, ya da hansısa səbəbdən dərsdən geri qalıb. Bunu görüb seyrçi qalmaq istəmədik.

Hər birimizin bildiyi bir fənn, ayıra biləcəyi bir neçə saat var idi. Düşündük ki, bunları bir yerə yığsaq, heç olmasa bir neçə uşağın dərsi yarımçıq qalmaz. ELMYOLU belə yarandı.

Heç bir partiyaya, təşkilata və ya hərəkata bağlı deyilik. Məqsədimiz yalnız uşaqların oxumağa davam etməsidir.

Nə edirik

Valideyn övladı üçün dərs istəyir, biz ona uyğun könüllü müəllimləri göstəririk. Dərslər onlayn və ya əyani keçirilir, vaxtı müəllimlə ailə birlikdə seçir.

Bundan kənarda qalmaq istəməyən insanlar da var. Onlar yardım portalında ailələrin yazdığı ehtiyaclara baxır və kitab, kompüter, məktəb ləvazimatı və ya vaxtı ilə birbaşa kömək edir. Pul toplamırıq.

Necə işləyirik

Müəllim profillərini və qrup siniflərini koordinator yoxlayır, uşaqların məlumatları ictimai göstərilmir, əlaqə məlumatları yalnız hər iki tərəf razılaşanda açılır.

Şikayətlərə hüquqşünas və uşaq müdafiəsi mütəxəssisləri olan könüllü moderatorlar baxır. Nəyi necə etdiyimizi Məxfilik və İstifadə şərtləri səhifələrində açıq yazırıq.

Kimlər qoşula bilər

  • 1–11-ci sinif şagirdləri və onların valideynləri
  • İmtahana hazırlaşanlar
  • Biliyini paylaşmaq istəyən müəllimlər, tələbələr və öz sahəsində işləyənlər
  • Ailələrə kitab, cihaz və ya vaxtı ilə kömək etmək istəyənlər

Təsisçinin imzası

Son yenilənmə: oktyabr 2026